Moskvanın qızıl ehtiyatları niyə azalır?
Rusiyanın Mərkəzi Bankının qızıl ehtiyatları son yeddi ilin ən aşağı səviyyəsinə enib.
Crossmedia.az xəbər verir ki, 2026-cı ilin oktyabr ayının yekunlarına görə, Rusiya Mərkəzi Bankının ehtiyatlarında 72,5 milyon troya unsiyası qızıl qalıb.
Tənzimləyicinin məlumatlarına əsasən, bu göstərici sonuncu dəfə 2019-cu ildə daha aşağı səviyyədə qeydə alınıb. Həmin vaxt ölkənin monetar qızıl ehtiyatları 72,4 milyon troya unsiyası təşkil edib.
Məlumata görə, qızıl ehtiyatlarının həcminin azalması ardıcıl onuncu aydır davam edir. Bununla belə, 2026-cı il noyabrın 1-nə ehtiyatlarda olan monetar qızılın ümumi dəyəri 291,958 milyard dollar olub.
Bildirilib ki, 2026-cı ilin əvvəlində qızıl bazarında ciddi yüksəliş müşahidə edilib. Yanvarda qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 5626,8 dollara çataraq tarixi maksimuma yüksəlib.
Lakin Yaxın Şərqdəki böhran və faiz dərəcələrinin artırılması fonunda qiymətlər geriləməyə başlayıb. Payıza doğru qızılın dəyəri təxminən 28 faiz azalıb. Oktyabr isə son 18 ilin ən zəif ayı kimi qeydə alınıb.
20:11 20.11.2026
Oxunuş sayı: 99