Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub – Yanğın baş verib
Hörmüz boğazından keçən tanker atəşə tutulub, nəticədə gəmidə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, hadisə Oman sahillərində, Xasab şəhərindən təxminən 8 dəniz mili şimalda qeydə alınıb. Tankerin sol bortunun ön hissəsinə naməlum mərmi düşüb.
Təhlükəsizlik xidmətinin məlumatına əsasən, gəmidə yanğın baş versə də, xəsarət alan olmayıb və ətraf mühitə hər hansı zərər qeydə alınmayıb.
Qeyd edək ki, noyabrın 11-də İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Tehranla Maskat arasında Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin bölüşdürülməsi sistemi ilə bağlı anlaşmanın əldə olunduğunu bildirmişdi.
O, dəniz yolunun statusunun müharibədən əvvəlki vəziyyətinə qayıtmayacağını vurğulamışdı. Bundan əvvəl isə Hörmüz boğazında üç neft tankerində partlayış baş vermişdi.
22:51 20.11.2026
Oxunuş sayı: 80