Moskvanın mərkəzində inzibati binada yanğın baş verib
Rusiyanın paytaxtı Moskvanın mərkəzində inzibati binada yanğın baş verib. Hadisə ilə əlaqədar binadakı insanlar təxliyə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Yanğın Lev Tolstoy küçəsi, 23-cü bina, 3-cü korpusda qeydə alınıb.
Fövqəladə xidmətlərin məlumatına görə, yanğının səbəbi və alovun əhatə etdiyi ərazi dəqiqləşdirilir.
22:19 20.11.2026
Oxunuş sayı: 88