Putin Volodinin Duma sədrliyinə namizədliyini dəstəklədi
Rusiya Prezidenti Vladimir Putin Vyaçeslav Volodinin Dövlət Dumasının IX çağırışının sədri vəzifəsinə namizədliyini tam dəstəklədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Putin qeyd edib ki, Volodin VIII çağırış Dövlət Dumasına rəhbərlik etdiyi dövrdə parlamentin işini düzgün təşkil edib. Onun sözlərinə görə, Volodinin rəhbərliyi zamanı parlamentdə işgüzar və prinsipial mühit formalaşıb.
Dövlət Dumasına yeni çağırış üzrə deputat seçkiləri sentyabrın 18-dən 20-dək keçirilib. Seçkilərdə ümumi seçici fəallığı 59,8 faiz təşkil edib.
Səsvermənin nəticələrinə əsasən, “Vahid Rusiya” 349, Rusiya Kommunist Partiyası 37, Liberal Demokrat Partiyası 23, “Yeni insanlar” 19, “Ədalətli Rusiya” 17, “Rodina” isə 1 mandat əldə edib.
Putin Dövlət Dumasına keçirilən seçkilərin bütün hakimiyyət orqanlarının legitimliyini təsdiqlədiyini bildirib və bunu müasir şəraitdə xüsusilə vacib hesab etdiyini vurğulayıb.
23:55 28.09.2026
Oxunuş sayı: 41