Rusiyada Silahlı Qüvvələrin sayı artırılır
Rusiya Silahlı Qüvvələrinin ştat sayı 2 milyon 441 min 630 nəfər müəyyənləşdirilib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana istinadən məlumat yayıb.
Sənədə əsasən, bu sayın 1 milyon 550 min 500 nəfəri hərbi qulluqçulardan ibarət olacaq. Fərmanın icrası üçün Rusiya hökumətinə Müdafiə Nazirliyinə dövlət büdcəsindən vəsait ayrılmasını təmin etmək tapşırılıb.
Sənəd imzalandığı gündən qüvvəyə minib.
Bundan əvvəl Putin Şərq İqtisadi Forumunun plenar iclasında Rusiyada səfərbərlik keçirilməsini tələb edən hər hansı ssenarinin hazırda mövcud olmadığını bildirmişdi. O, səfərbərliklə bağlı yayılan məlumatları “informasiya hücumu” adlandırmışdı.
21:52 28.09.2026
Oxunuş sayı: 43