Sabirabadda qadın yol qəzasında öldü
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Prado" markalı avtomobil yolu keçmək istəyən Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynova Püstəxanım Bahadır qızını vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
22:49 28.09.2026
Oxunuş sayı: 43