“Mobi Dik” filminin izləri bu Uels şəhərində qalıb
Uelsin Pembrokşir qraflığındakı Fiçquard şəhəri 1956-cı ildə ekranlaşdırılan “Mobi Dik” filminin çəkiliş məkanlarından biri olub.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Rejissor Con Hyuston Herman Melvilin məşhur əsəri əsasında çəkilən filmin bəzi səhnələri üçün Pembrokşirdəki Fiçquardı seçib. Filmdə XIX əsrə aid “Pequod” adlı Nantaket balina ovçusu gəmisinin dənizdə hərəkəti göstərilir.
70 il əvvəl, 1956-cı ildə ekranlara çıxan filmdə kapitan Ahab obrazını Qreqori Pek canlandırıb. Təxminən 4 milyon dollar (3 milyon funt sterlinq) büdcəsi olan ekran əsəri həmin dövrdə Hollivudun ən bahalı filmlərindən biri sayılırdı.
Çəkilişlər şəhərin özündə deyil, dənizdə aparıldığından Fiçquard filmdə birbaşa görünmür. Buna baxmayaraq, yerli sakinlər Hollivud ulduzlarının şəhərə gəldiyi günləri hələ də xatırlayırlar.
Fiçquard bundan əvvəl də məşhur ekran əsəri ilə bağlı diqqət çəkib. Şəhər 1971-ci ildə Dilan Tomasın “Llareggub” adlı uydurma qəsəbəsinin prototipi kimi istifadə olunub.
01:56 29.09.2026
Oxunuş sayı: 64