İtaliya rusiyalıların Avropaya girişinə qadağa ideyasını dəstəkləmir
İtaliya Rusiyadan olan vətəndaşların Avropaya girişinə qadağa qoyulması təşəbbüsünü dəstəkləmir. Bu barədə ölkənin diplomatik mənbəsi məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın konsulluq nümayəndəlikləri digər Avropa ölkələri ilə müqayisədə Rusiya vətəndaşlarına daha çox turist vizası verir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı faktlar İtaliyanın mövqeyini açıq şəkildə nümayiş etdirir.
Diplomatik mənbə qeyd edib ki, ölkənin viza siyasəti və verilən turist vizalarının sayı bu yanaşmanın praktikada da tətbiq olunduğunu göstərir.
13:48 30.06.2026
Oxunuş sayı: 54