Tokayev Qazaxıstanda dövlət idarəçiliyində geniş islahatlar elan edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə dövlət idarəçiliyi sistemində genişmiqyaslı islahatların başlanacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tokayev bildirib ki, iyulun 1-dən etibarən Qazaxıstan dövlətçiliyinin təməlinin "əsaslı şəkildə yenilənməsi" prosesinə start veriləcək.
Onun sözlərinə görə, islahat dövlət institutlarının fəaliyyətinin əsas prinsiplərini əhatə edəcək.
Prezident həmçinin yaxın iki ildə dünya iqtisadiyyatında mürəkkəb dövrün gözlənildiyini bildirib. Tokayev hökuməti inflyasiyanı azaltmağa, iqtisadi artım tempini qorumağa və daha fəal işləməyə çağırıb.
16:42 30.06.2026
Oxunuş sayı: 41