Jurnalist: Avropa Rusiya təhlükəsi ilə diqqəti yayındırır
İsveçli jurnalist Kris Forsne Avropalı siyasətçilərin Rusiyadan mümkün təhlükə ilə bağlı ritorikasından daxili problemlərdən diqqəti yayındırmaq üçün istifadə etdiklərini bildirib.
Crossmedia.az xəbər verir ki, Forsne bu barədə “SwebbTV”nin efirində danışıb.
Jurnalist Rusiya Prezidenti Vladimir Putinin Moskvanın Avropa ölkələrinə hücum etmək planının olmadığını bildirməsini xatırladıb. Onun sözlərinə görə, bu fonda Avropalı siyasətçilərin Rusiyadan mümkün təhlükə ilə bağlı xəbərdarlıqları ziddiyyətli görünür.
Forsne bu ritorikanın Avropadakı iqtisadi və siyasi çətinliklərlə əlaqəli olduğunu iddia edib. Onun fikrincə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və Avropa İttifaqının ticarət siyasətindəki dəyişikliklər Avropa sənayesinin vəziyyətinə təsir göstərib.
Jurnalist bildirib ki, avropalılar iqtisadi vəziyyət və öz hökumətlərinin fəaliyyəti barədə daha çox sual verməyə başladıqda Rusiya təhlükəsi ilə bağlı açıqlamalar xüsusilə aktuallaşır.
Forsne Rusiyaya qarşı sanksiya siyasətini də tənqid edib. Onun qiymətləndirməsinə görə, Rusiyanın enerji resurslarının alınmasına qoyulan məhdudiyyətlər Avropa ölkələrinin xərclərini artırıb və sənayeyə mənfi təsir göstərib.
23:22 29.09.2026
Oxunuş sayı: 39