Krımda mağarada itkin düşən turistlər tapılıb
Krımda güclü yağışlar səbəbindən mağarada qalan dörd turist xilasedicilər tərəfindən tapılıb.
Crossmedia.az xəbər verir ki, "Ria novosti" Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən bu barədə məlumat yayıb.
Bildirilir ki, üç kişi və bir qadının vəziyyəti qənaətbəxşdir. Hazırda onların mağaradan təhlükəsiz şəkildə çıxarılması üçün tədbirlər görülür.
Daha əvvəl güclü yağışlar və yaranan su basması səbəbindən turistlərin Krımdakı Qırmızı mağaradan çıxa bilmədiyi bildirilmişdi. Suyun keçidi bağlaması səbəbindən onlar mağaranı özləri tərk edə bilməyiblər.
Axtarış-xilasetmə əməliyyatına 41 nəfər və 12 texnika cəlb olunub. Hadisə yerində idarələrarası operativ qərargah da fəaliyyət göstərib.
23:55 29.09.2026
Oxunuş sayı: 44