Süni intellektlə saxta timsah görüntüsü yaratdı: 10 ilədək həbs cəzası gözləyir
Myanmar’da 30 yaşlı Ye Lin süni intellekt vasitəsilə hazırladığı saxta timsah görüntüsünü polisə göndərərək göldə axtarış əməliyyatına səbəb olub.
Crossmedia.az xəbər verir ki, CNA-nın məlumatına görə, Ye Lin ölkənin ən böyük su anbarlarından birinin gölündə timsah görüldüyünü göstərən görüntü hazırlayıb və onu polis əməkdaşına göndərib.
Görüntünün polisə çatmasından sonra göldə genişmiqyaslı axtarış işlərinə başlanılıb, bütün fəaliyyətlər isə müvəqqəti olaraq dayandırılıb.
Hadisədən bir gün sonra görüntünün saxta olduğu müəyyənləşib. Araşdırma zamanı Ye Linin süni intellekt tətbiqindəki istifadə tarixçəsini də sildiyi üzə çıxıb.
Bundan sonra Ye Lin barəsində “yanlış məlumat yaymaq” və “ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq” ittihamları irəli sürülüb.
İttihamlar üzrə təqsirli bilinəcəyi təqdirdə Ye Lin 10 ilədək həbs, 8 min ABŞ dollarınadək cərimə və ya hər iki cəza ilə üzləşə bilər.
04:25 30.09.2026
Oxunuş sayı: 39