Rusiya ordusu Konstantinovka istiqamətində irəliləyir
Rusiya Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikasında Konstantinovka yaxınlığında irəlilədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Всевидящее Око” Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri Konstantinovkanın şimal-şərqində, Nikolayevka kəndi ərazisində sürətlə irəliləyir.
Telegram kanalının paylaşımında Rusiya qüvvələrinin Konstantinovka yaxınlığında yeni irəliləyişlər əldə etdiyi qeyd olunub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Rusiya qüvvələri iyulun 3-də Konstantinovka üzərində nəzarəti ələ keçirib. Rusiya Prezidenti Vladimir Putin şəhərin nəzarətə götürülməsini regionun bütün ərazisinin azad edilməsinə aparan əsas mərhələlərdən biri kimi qiymətləndirib.
22:12 29.09.2026
Oxunuş sayı: 41