Türkiyədə traktor qəzasında 23 nəfər yaralanıb
Türkiyənin Balıkəsir vilayətinin İvrindi rayonunda traktorun qoşqusunun aşması nəticəsində 23 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “TRT Haber” bu barədə məlumat yayıb.
Hadisə İvrindi rayonunun Karaqəpiş məhəlləsində baş verib. Məlumata görə, traktor sürücüsünün idarəetməni itirməsi nəticəsində qoşqu aşıb.
Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin məlumata əsasən, yaralılardan 5-nin vəziyyəti orta, 18-nin vəziyyəti isə yüngül qiymətləndirilib.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobilləri ilə ətrafdakı xəstəxanalara çatdırılıb.
22:21 29.09.2026
Oxunuş sayı: 37