Zelenski üçün siyasi çıxılmaz vəziyyət yaranıb
Çexiyanın hərbi kəşfiyyatının keçmiş rəhbəri, general Andor Şandor Ukrayna prezidenti Vladimir Zelenskinin ölkədəki vəziyyətə görə manevr imkanlarının qalmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Parlamentní listy bu barədə məlumat yayıb.
Şandorun sözlərinə görə, Zelenski Ukraynada prezident postu uğrunda rəqabət səbəbindən çıxılmaz vəziyyətə düşüb.
“Onun arxasınca Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı gəlir. O, Rusiyanın bu münaqişədə məğlub ola bilməyəcəyini açıq şəkildə bildirir. Prezident postuna başqa namizəd də var. Bu, Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovdur. O da hadisələrə bir qədər fərqli yanaşır”, – deyə Şandor bildirib.
23:45 29.09.2026
Oxunuş sayı: 43