İranlı rəsmidən Trampın siyasətinə sərt tənqid
İran mətbuatında yayılan xəbərlərə görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Möhsün Rzai Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Tehranda görüşüb.
Crossmedia.az xəbər verir ki, Rzai görüş zamanı ABŞ və İsrailin İrana qarşı hücumlarını beynəlxalq hüquqa zidd adlandırıb. O, İranın hücumlara qarşı özünü müdafiə etdiyini bildirib.
Rzainin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hazırda çətin vəziyyətlə üzləşib.
İranın ABŞ-a müəyyən şərtlər irəli sürdüyünü xatırladan Rzai, Trampın qərar qəbul etmək imkanlarının məhdud olduğunu iddia edib. O, ABŞ-ın hərbi sahədə çıxılmaz vəziyyətə düşdüyü üçün hava məkanının blokadasına əl atdığını bildirib.
Rzai həmçinin tarix boyu müxtəlif xarici qüvvələrin bölgəyə gəlib getdiyini, lakin İranın bu coğrafiyada mövcudluğunu davam etdirdiyini vurğulayıb.
O, bölgədə ABŞ-ın gələcəyinin olmadığını iddia edərək, İranın ABŞ qarşısında mövqeyini qoruduğunu bildirib.
05:10 30.09.2026
Oxunuş sayı: 42