Pezeşkian: Təhdidlər bizi yolumuzdan döndərməyəcək
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün razılaşmaların icrasının hər iki tərəfin üzərinə düşən öhdəliklərə əməl etməsindən asılı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, qarşılıqlı anlaşma yalnız hər iki tərəfin öhdəliklərini yerinə yetirməsi ilə mümkün ola bilər.
“Qarşılıqlı anlaşma iki tərəfli bir yoldur. Amerika tərəfi razılaşmaya əməl edərsə, biz də öhdəliklərimizi yerinə yetirəcəyik”, – deyə İran prezidenti vurğulayıb.
Pezeşkian əlavə edib ki, İran ağılsız meydanoxumalara və əsassız təhdidlərə qarşı qərarlarını rasionallıq və insan ləyaqəti prinsipləri əsasında qəbul edir, eyni zamanda öz maraqlarını qətiyyətlə müdafiə etməkdən çəkinməyəcək.
13:56 30.06.2026
Oxunuş sayı: 54