ABŞ donanmasına məxsus aviadaşıyıcıda qəza baş verdi
ABŞ hərbi təyyarəsinin enişi zamanı iki pilot katapult edib
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarənin aviadaşıyıcı gəmidə enişi zamanı insident baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Virciniya sahillərində yerləşən USS Dwight D. Eisenhower aviadaşıyıcısında qeydə alınıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, eniş zamanı iki hərbi pilot katapult sistemindən istifadə edərək təyyarəni tərk edib.
Bildirilib ki, hər iki pilot təhlükəsiz şəkildə gəmiyə qaytarılıb və tibbi müayinədən keçirilir.
İnsident nəticəsində gəmidə olan daha 4 hərbçi xəsarət alıb. Onlara tibbi yardım göstərilir. Hərbçilərdən birinin həyati təhlükəsi olmayan xəsarətlərlə Norfolk bölgəsindəki xəstəxanaya aparıldığı qeyd olunub.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
17:32 29.09.2026
Oxunuş sayı: 40