SEPAH “Amerikaya ölüm” şüarının mənasını açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Amerikaya ölüm” şüarının ABŞ xalqına deyil, “qətl, qarət və qan tökmə siyasətinə” qarşı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, SEPAH nümayəndəsi bu barədə açıqlama verib.
“Amerikaya ölüm” deyərkən qətl, qarət və qan tökmə siyasətinin, eləcə də belə ideyalara sadiq olanların aradan qalxmasını nəzərdə tuturuq”, - SEPAH nümayəndəsi deyib.
Onun sözlərinə görə, ABŞ-nin SEPAH-ı terror təşkilatı hesab etməsinin səbəblərindən biri İranın və regionun “qarət edilməsinə” mane olmasıdır.
SEPAH nümayəndəsi bildirib ki, bu ifadə İranın siyasi mövqeyini əks etdirir.
17:18 29.09.2026
Oxunuş sayı: 38