Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 173,4 min ABŞ dolları dəyərində 216 ton yemiş ixrac edib.
Crossmedia.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 40 % azdır.
Azərbaycan Rusiyaya 162 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 39 % az) 414,2 ton (-44 %) və Belarusa 11,4 min ABŞ dolları dəyərində 16,1 ton məhsul satıb.
Azərbaycan 1 il 11 aylıq aradan sonra Belarusa yemiş tədarükünü bərpa edib.
Hesabat dövründə Azərbaycana xaricdən 73,4 min ABŞ dolları dəyərində (-4 %) 92,24 ton (-8 %) yemiş gətirilib.
Azərbaycan İrandan 38,5 min ABŞ dolları dəyərində (-22 %) 53,4 ton (-25 %), Özbəkistandan 19 min ABŞ dolları dəyərində (+3 dəfə) 19,1 ton (+3,2 dəfə), Türkiyədən 9,4 min ABŞ dolları dəyərində (+57 %) 13,4 ton (+56 %), Braziliyadan 5,4 min ABŞ dolları dəyərində (-35 %) 5,4 ton (-36 %) və Kosta-Rikadan 1 min ABŞ dolları dəyərində (-67 %) 1 ton (-66,7 %) yemiş alıb.
18:17 29.09.2026
Oxunuş sayı: 37