Türkiyə hərbi təlimləri İsraili narahat etdi
İsrail Türkiyənin hərbi-dəniz qüvvələrinin miqyası və inkişafı ilə bağlı narahatlığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, bunu İsrail Hərbi Dəniz Qüvvələrinin komandanı 13-cü telekanala açıqlamasında bildirib.
Komandan qeyd edib ki, İsrail uzun illərdir Türkiyənin hərbi-dəniz imkanlarını diqqətlə izləyir.
“Biz türkləri uzun illərdir izləyirik. O qədər də uzaq olmayan keçmişdə hətta birgə təlimlər də keçirirdik. Yaratdıqları donanmanın miqyasını görürük və bu, İsrail donanmasının ölçüsündən əhəmiyyətli dərəcədə böyükdür. Bu bizi narahat edir”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyə son illərdə yerli istehsal olan hərbi gəmilər, pilotsuz dəniz sistemləri və digər müdafiə layihələri ilə dəniz qüvvələrini inkişaf etdirir.
16:10 29.09.2026
Oxunuş sayı: 38