Rusiyalılara Tacikistanda bank məhdudiyyəti qoyulub
Tacikistanın “Humo Bank”ı Rusiyadan olan müştərilərdən biometrik identifikasiya üçün şəxsən banka gəlmələrini tələb edib.
Crossmedia.az xəbər verir ki, “Humo Bank” bu barədə məlumat yayıb.
Müştərilərə göndərilən bildirişə əsasən, onlar sentyabrın 30-dək bankın filiallarından birinə şəxsən müraciət edərək biometrik identifikasiyadan keçməli və pasportlarını təqdim etməlidirlər.
Oktyabrın 1-dən etibarən banka gəlməyən müştərilərin kartlarının bloklanacağı bildirilir.
Tələb əsasən kartları vasitəçilər və “kart turizmi” xidmətləri vasitəsilə məsafədən əldə edən minlərlə Rusiya vətəndaşına təsir edir. Müştərilərin bir qismi Tacikistana səfərlə bağlı logistika və maliyyə çətinlikləri səbəbindən bu tələbi yerinə yetirməkdə çətinlik çəkir.
Bəzi istifadəçilər artıq kart hesablarından vəsait çıxarılması və pul köçürmələrinin məhdudlaşdırıldığını və ya çətinləşdirildiyini bildiriblər.
18:03 29.09.2026
Oxunuş sayı: 42