NATO-dan Moskvaya açıq mesaj: Ukraynaya dəstək daha da artacaq
NATO Baş katibi Mark Rütte Rusiyaya yönəlik açıqlama verərək, alyansın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rütte Rusiyanın NATO müttəfiqlərinə qarşı “düşmənçilik xarakterli addımlar” atdığını iddia edib.
“Rusiya iradəmizi zəiflətməyə və Ukraynaya dəstəyimizi dayandırmağa çalışır. Lakin buna nail ola bilmir. O, Ukraynada döyüş meydanında uğursuzluğa düçar olur və bizim birliyimizi, Ukraynaya dəstəyimizi sarsıda bilmir”, – deyə NATO rəhbəri bildirib.
Rütte qeyd edib ki, NATO-nun Moskvaya mesajı aydındır: alyans Ukraynaya daha az deyil, daha çox dəstək göstərəcək.
Qeyd edək ki, NATO ölkələrinin Ukraynaya hərbi, maliyyə və humanitar dəstəyi Rusiya-Ukrayna müharibəsi fonunda davam edir.
16:37 29.09.2026
Oxunuş sayı: 39