Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Hacıbaba Adil oğlu Babayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Crossmedia.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.
H.Babayev ona göstərilən etimada görə minnətdarlıq edib.

16:49 29.09.2026
Oxunuş sayı: 44