Monakoda ukraynalı biznesmenə qarşı sui-qəsd cəhdi olub
Monakoda ukraynalı biznesmen Vadim Yermolaevə qarşı sui-qəsd cəhdi baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxs yaşayış binasının giriş hissəsində içərisində əldəqayırma partlayıcı qurğu olduğu iddia edilən çanta qoyub və hadisə yerindən uzaqlaşıb. Daha sonra partlayış baş verib.
Partlayış nəticəsində üç nəfərin yaralandığı bildirilir. Yaralılar arasında V. Yermolaev, bir qadın və yeniyetmə var. Məlumata görə, böyüklərin vəziyyəti ağır və kritikdir. Ölənlərin olmadığı qeyd edilir.
Hadisə ilə bağlı Fransa tərəfi araşdırma aparır, şübhəli şəxsin axtarışları davam edir. Eyni zamanda hadisə yerinə yaxın olan Nice şəhərinin meri Erik Syotti hadisəni “terror aktı” kimi qiymətləndirib.
Qeyd olunur ki, Yermolaev “Alef” korporasiyasının qurucusu olub və Ukraynanın keçmiş varlı iş adamlarından biri kimi tanınır. O, 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edib, 2023-cü ilin dekabrında isə Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən ona qarşı sanksiyalar tətbiq edilib.
Hadisənin motivləri və təfərrüatları hazırda araşdırılır.
16:24 30.06.2026
Oxunuş sayı: 44