Yaşlı kişi ağacdan yıxılaraq öldü
Quba rayonunda ağacdan yıxılan 63 yaşlı kişi ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Rustov kəndində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü İ.Mustafayevin yaşadığı evin həyətində qoz ağacından yıxılaraq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
11:28 29.09.2026
Oxunuş sayı: 44