Tramp İranla bağlı yayılan xəbəri təkzib etdi
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yumşaldılması və dondurulmuş vəsaitlərin açılması ilə bağlı təklif irəli sürdüyü barədə xəbərləri təkzib edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
"“Axios” saytı indicə mənim İrana sanksiyaları yumşaltmağı və dondurulmuş vəsaitləri açmağı təklif etdiyimi iddia edən material yayımlayıb. Bu, doğru deyil – mən onlara ümumiyyətlə heç nə təklif etməmişəm!” – deyə Tramp yazıb.
ABŞ lideri həmçinin nəşri saxta məlumat yaymaqda ittiham edib və sözügedən paylaşımın silinməsini tələb edib.
10:03 29.09.2026
Oxunuş sayı: 44