İran təyyarəsi Türkiyədə həbs olundu
İranın “Caspian Airlines” aviaşirkətinə məxsus təyyarə İstanbul hava limanında uçuşdan əvvəl saxlanılıb.
Crossmedia.az xəbər verir ki, buna səbəb təyyarəni istismar edən aviaşirkətin 3 milyon avro məbləğində borcunun olmasıdır.
Məlumata görə, məhkəmə qərarı əsasında təyyarəyə uçuş icazəsi verilməyib. Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları və məhkəmə icraçıları sərnişinləri təyyarədən endirərək hava limanının terminalına qaytarıblar.
10:57 29.09.2026
Oxunuş sayı: 49