Çimərlik mövsümündə sudaboğulma hallarının sayı 13 % azalıb
Çimərlik mövsümündə sudaboğulma hallarının sayı 13 % azalıb.
Crossmedia.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərində ümumilikdə 64 nəfərin meyiti sudan tapılaraq çıxarılıb:
"Bu da ötən ilin analoji dövründə 85 olub və təxminən 25 % azalma deməkdir".
11:13 29.09.2026
Oxunuş sayı: 44