"Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Klub Röyal Nəcəfovla müqavilə imzalayıb.
Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək. R.Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.
11:09 29.09.2026
Oxunuş sayı: 34