Premyer Liqada XII turun startı verilir
Misli Premyer Liqasında XII tura bu gün start veriləcək.
Crossmedia.az-ın məlumatına görə, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk olaraq "Zirə" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Yevlax şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Bakı təmsilçisi 19 xalla beşinci, bölgə klubu 11 xalla səkkizinci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyun saat 19:00-da başlanacaq. Son ölkə çempionu 21 xalla ikinci sıradadır. "Kimyaçılar" 10 xalla doqquzuncudur. Hər iki kollektivin ehtiyatda bir oyunu var.
Misli Premyer Liqası
II dövrə
XII tur
20 noyabr (cümə)
14:30. "İmişli" – "Zirə"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Yevlax şəhər stadionu
19:00. "Sumqayıt" – "Sabah"
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında XII tura noyabrın 22-də yekun vurulacaq.
09:51 20.11.2026
Oxunuş sayı: 83