Ukrayna Aİ-dən müdafiə ehtiyacları üçün 3,8 milyard avro alıb
Ukrayna Avropa İttifaqından Ukraine Support Loan maliyyə aləti çərçivəsində müdafiə ehtiyaclarının maliyyələşdirilməsi üçün növbəti 3,8 milyard avroluq tranş alıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, vəsait dövlət büdcəsinin xüsusi fonduna köçürülüb.
Baş nazir bildirib ki, ayrılan maliyyə dronların istehsalına, müdafiə-sənaye kompleksinin potensialının gücləndirilməsinə və cəbhənin təcili ehtiyaclarının təmin olunmasına yönəldiləcək.
Sviridenko qeyd edib ki, bu, Ukraine Support Loan proqramı çərçivəsində ayrılan ilk müdafiə yönümlü tranşdır. O xatırladıb ki, iyunun 25-də eyni proqram çərçivəsində Ukrayna büdcəsinə büdcə dəstəyi məqsədilə daha 3,2 milyard avro daxil olmuşdu. Beləliklə, proqram çərçivəsində Kiyevin aldığı ümumi maliyyə vəsaitinin həcmi 7 milyard avroya çatıb.
15:13 30.06.2026
Oxunuş sayı: 63