İrandan Trampa cavab: ABŞ ilə görüş olmayacaq
İran ABŞ nümayəndə heyəti ilə Qətərin paytaxtı Dohada görüş keçiriləcəyi barədə yayılan məlumatları yenidən təkzib edib.
Crossmedia.az xəbər verir ki, İranın danışıqlar qrupunun üzvü və siyasi analitik Seyid Məhəmməd Mərəndi "X" sosial şəbəkəsindəki paylaşımında ABŞ Prezidenti Donald Trampın bu barədə açıqlamasına cavab verərək, Vaşinqton nümayəndələri ilə hər hansı görüşün planlaşdırılmadığını bildirib.
Mərəndinin sözlərinə görə, ABŞ administrasiyası belə bir görüş üçün müraciət etsə də, İran Dohaya nümayəndə heyəti göndərməyəcək.
Bununla yanaşı, Qərb mediası İranla nüvə danışıqlarına cavabdeh olan ABŞ texniki qrupunun İsveçrədən Dohaya yola düşdüyünü iddia edib.
13:52 30.06.2026
Oxunuş sayı: 52