Tokioda 9 kvadratmetrlik mənzillər dəbdədir
Yaponiyanın paytaxtı Tokioda xüsusilə gənclər arasında cəmi 9 kvadratmetr sahəsi olan kiçik mənzillər populyarlaşır.
Crossmedia.az xəbər verir ki, bu cür mənzillər əsasən əmək fəaliyyətinə yeni başlayan, adi mənzillərin kirayəsini ödəməkdə çətinlik çəkən və ya başqa şəhərlərdən Tokioya köçən şəxslər üçün nəzərdə tutulub.
Mikromənzillər çox kiçik sahəyə malik olması, məhdud şəraiti və yaşayış üçün zəruri olan imkanların azlığı ilə seçilir. Onların sahəsi Tokiodakı standart studiya mənzillərinin yarısından da azdır.
Bu mənzillərin əsas üstünlüklərindən biri kirayəçilərdən depozit və Yaponiyada ev kirayəsi zamanı geniş yayılmış, geri qaytarılmayan “açar pulu”nun tələb olunmamasıdır.
Tokioda mikromənzillərin aylıq kirayə haqqı yerləşdiyi ərazidən asılı olaraq 380-610 dollar arasında dəyişir.
08:16 11.10.2026
Oxunuş sayı: 59