Hörmüz boğazında neft tankerinə mərmi düşüb, yanğın başlayıb
Hörmüz boğazından keçən neft tankerinə naməlum mərminin düşməsi nəticəsində gəmidə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə tanker Hörmüz boğazından keçərkən baş verib. Naməlum mərmi gəminin sol bortuna düşüb və nəticədə yanğın başlayıb.
14:23 11.10.2026
Oxunuş sayı: 63