Azərbaycanda 25 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 11-də havanın temperaturu bəzi rayonlarda 25 dərəcəyədək yüksələcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-7, gündüz isə 10-15 dərəcə isti gözlənilir.
09:45 11.10.2026
Oxunuş sayı: 69