ABŞ-də Rusiya neftinin alınmasını qadağan edən qanun layihəsi hazırlanır
ABŞ Konqresində Rusiya neftinin satın alınmasını qadağan etməyi nəzərdə tutan ikipartiyalı qanun layihəsinin təqdim edilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, respublikaçı konqresmen Brayan Fitspatrik Nümayəndələr Palatasına təqdim ediləcək layihənin “Ronald Reyqanın «Güc vasitəsilə sülh» qanunu” adlandırılacağını bildirib.
Fitspatrik qeyd edib ki, petisiya prosedurundan istifadə etməklə qanun layihəsinin Nümayəndələr Palatasında səsverməyə çıxarılmasına nail olmağa çalışacaq. O, sənədin dəstək qazanacağına əmin olduğunu vurğulayıb.
Respublikaçı konqresmen Don Bekon isə qanun layihəsinin həmmüəllifi olmağa razılıq verdiyini açıqlayıb.
13:33 11.10.2026
Oxunuş sayı: 57