Bahar Muradova gender əsaslı zorakılığa qarşı çağırış edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində ictimaiyyətə çağırış edib.
Crossmedia.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova bu barədə sosial şəbəkədə paylaşım edib.
Bahar Muradova paylaşımında gender əsaslı zorakılığa qarşı mübarizəyə diqqət çəkərək hər kəs üçün təhlükəsiz həyat naminə birləşməyə çağırıb.
Paylaşımda “Hər kəs üçün təhlükəsiz həyat naminə birləşək” və “Gücünü yox, sevgini göstər” şüarları önə çıxarılıb.
Çağırış “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyası çərçivəsində edilib.
Qeyd edək ki, hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilən kampaniyanın məqsədi qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə ictimai diqqəti artırmaq, təhlükəsiz və zorakılıqdan uzaq mühitin formalaşdırılmasını təşviq etməkdir.
15:45 25.11.2026
Oxunuş sayı: 46