XİN başçıları Ermənistanın yeni Konstitusiya layihəsini müzakirə ediblər
Azərbaycan və Litva Ermənistanın yeni konstitusiya layihəsini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə brifinqdə deyib.
Nazir həmçinin bildirib ki, görüş zamanı BMT və onun ixtisaslaşmış qurumları, Avropa İttifaqı, ATƏT, NATO və digər platformalar çərçivəsində əməkdaşlıqla bağlı faydalı fikir mübadiləsi aparılıb.
C.Bayramov eyni zamanda Azərbaycan-Ermənistan münasibətləri və Vaşinqton görüşündən sonra baş verən proseslər barədə litvalı həmkarına məlumat verdiyini söyləyib.
"Burada bir sıra müsbət inkişaflar var. Məsələn, ötən ildən başlayaraq tranzit yüklərinin daşınması həyata keçirilir. Bu barədə də həmkarıma məlumat verdim", – nazir qeyd edib.
C.Bayramov əlavə edib ki, son günlər baş verən yeni inkişaflar, o cümlədən Ermənistanın yeni konstitusiya layihəsinin dərc edilməsi və TRIPP layihəsinin real icrasına başlanılması da görüş zamanı müzakirə olunub.
13:30 25.11.2026
Oxunuş sayı: 49