ABŞ kəşfiyyatından Alice Huangla bağlı açıqlama
ABŞ kəşfiyyatı Pekinin Alice Huana Jensen Huangla münasibət qurmaq tapşırığı verdiyinə dair sübut aşkar etməyib. Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
ABŞ kəşfiyyat rəsmiləri Konqres əməkdaşlarına bildiriblər ki, Alice Huangın Jensen Huangla romantik münasibət qurmasının Çin tərəfindən təşkil edildiyini təsdiqləyən heç bir sübut yoxdur. Bununla belə, rəsmilər onun sonradan Çinə kəşfiyyat məlumatları ötürdüyü iddiasını təkzib etməyiblər.
Rəsmilər Çin kəşfiyyatı ilə əlaqəli daha əhəmiyyətli fiqur kimi Kang Weini göstəriblər. O, Alice Huang tərəfindən tez-tez həyat yoldaşı kimi təqdim olunub.
Məlumata görə, Konqres əməkdaşları üçün keçirilən brifinqdə ən məxfi kəşfiyyat məlumatları açıqlanmayıb. Həmçinin ABŞ dövlət katibi Marko Rubionun nəzarəti altında hazırlanmış məxfi memorandum da brifinqə daxil edilməyib.
13:05 25.11.2026
Oxunuş sayı: 31