Tramp Zelenskinin açıqlamasına gülərək cavab verib: O, məndən nə istəyir?
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Rusiya ilə sülh sazişinin yanvar ayına qədər əldə olunması barədə açıqlamasına istehza ilə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın jurnalistlərə açıqlaması barədə xarici media məlumat yayıb.
Jurnalistlər Trampdan amerikalı nümayəndələrin Ukrayna ilə Rusiya arasında yanvar ayına qədər sülh razılaşmasına nail olmağa çalışdıqları barədə Zelenskinin fikirlərini şərh etməsini istəyiblər.
ABŞ Prezidenti sualı eşidəndə ucadan gülərək belə cavab verib:
“Bunu kim deyib? O, məndən nə istəyir?”
Tramp daha sonra mətbuat nümayəndələri ilə söhbətində Rusiya–Ukrayna müharibəsinə toxunaraq, “Bu münaqişənin bizə aidiyyəti yoxdur”, – deyə bildirib.
Qeyd edək ki, Zelenski bundan əvvəl ABŞ-ın danışıqlar prosesində iştirak edən nümayəndələrinin müharibənin yanvar ayına qədər nizamlanmasına nail olmağı hədəflədiklərini açıqlamışdı.
10:30 25.11.2026
Oxunuş sayı: 39