“Sabah” bu gün “Barselona” ilə üz-üzə gələcək
“Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxacaq.
Crossmedia.az xəbər verir ki, Valdas Dambrauskasın yetirmələri V tur çərçivəsində “Barselona”nı qəbul edəcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, “Sabah” keçirdiyi 4 oyundan sonra 3 xalla turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb. “Barselona” isə 9 xalla 8-ci yerdədir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
21:45. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)
Stadion: Bakı Olimpiya Stadionu
10:16 25.11.2026
Oxunuş sayı: 44