Tramp İranda hakimiyyət dəyişikliyi ilə bağlı mövqeyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyətin hərbi yolla dəyişdirilməsini qarşısına məqsəd qoymadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “New York Post” nəşri bu barədə məlumat yayıb.
Tramp nəşrə müsahibəsində Vaşinqtonun əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu vurğulayıb.
“Mən sadəcə istəmirəm ki, onların nüvə silahı olsun. Heç vaxt rejim dəyişikliyinin nə tərəfdarı, nə də əleyhdarı olmuşam. Bu, mənim üçün heç vaxt əsas meyar olmayıb”, – deyə ABŞ Prezidenti bildirib.
O, İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməsə də, bunun ABŞ-ın hərbi əməliyyatlarının məqsədi olmadığını qeyd edib.
Tramp həmçinin İrana qarşı ABŞ-ın hərbi əməliyyatlarının maliyyələşdirilməsi məsələsinə toxunub.
Onun sözlərinə görə, hərbi əməliyyatların maliyyələşdirilməsi 2027-ci ilin yanvar ayının sonuna qədər təmin olunub.
ABŞ Prezidenti Konqresdə siyasi qüvvələr nisbətinin dəyişməsinin gələcək hərbi qərarlara təsir göstərə biləcəyini də etiraf edib.
09:40 25.11.2026
Oxunuş sayı: 69