Türkiyədə hərbi aviasiya hadisəsi: Helikopter təlim zamanı düşüb
Türkiyənin Eskişəhər şəhərində hərbi helikopter təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Hadisədən sonra əraziyə yanğınsöndürmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “SonDakika.com” məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə Əskişəhərin Tepebaşı rayonunda, Yörükakçayır və Musaözü ətrafında qeydə alınıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra çoxsaylı xilasedici və tibbi yardım qrupları əraziyə göndərilib. Hazırda qəzanın başvermə səbəbləri və hadisənin digər təfərrüatları araşdırılır.
Qəza nəticəsində xəsarət alanların və ya həlak olanların olub-olmadığı barədə hələlik rəsmi təsdiqlənmiş məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı Türkiyə rəsmilərinin açıqlaması gözlənilir.
21:32 24.11.2026
Oxunuş sayı: 31