Putin: Ukrayna Trampın çağırışlarına məhəl qoymur
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ABŞ Prezidenti Donald Trampın Rusiya neft emalı zavodlarına hücumları dayandırmaqla bağlı çağırışlarına əməl etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə yanacaq-energetika kompleksinin (TEK) inkişaf strategiyası və ekoloji təhlükəsizlik məsələlərinə dair keçirilən müşavirədə danışıb.
Rusiya liderinin sözlərinə görə, Ukrayna tərəfi Rusiyanın neft emalı müəssisələrinə hücumları davam etdirir. O bildirib ki, bu hücumlar ABŞ prezidentinin birbaşa müraciətinə və çağırışına baxmayaraq həyata keçirilir.
Putin qeyd edib ki, Kiyev hakimiyyəti bu tövsiyələrə məhəl qoymur və hücumlarını əvvəlki qaydada davam etdirir.
O, həmçinin Ukraynanın Rusiya enerji infrastrukturuna zərbələri intensivləşdirmək cəhdlərinin, o cümlədən "40 günlük plan"ın Rusiyaya kritik zərər vurmayacağını iddia edib.
Qeyd edək ki, bundan əvvəl Putin Ukrayna ordusunun Rusiya sənaye və yanacaq-energetika müəssisələrinə hücumlarına cavab olaraq Rusiya Silahlı Qüvvələrinin Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə və infrastruktur obyektlərinə zərbələr endirməyə davam etdiyini bildirmişdi.
21:19 24.11.2026
Oxunuş sayı: 34