Bakı Olimpiya Stadionunda "Sabah"ın "Barselona" ilə oyunöncəsi açıq məşqi olub
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda İspaniyanın "Barselona" klubu ilə üz-üzə gələcək "Sabah" oyundan əvvəl məşqə çıxıb.
Crossmedia.az , Valdas Dambrauskasın komandasının Bakı Olimpiya Stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.(Report)
18:54 24.11.2026
Oxunuş sayı: 48