Kolumbiyada qubernatorluq binası yaxınlığında partlayış – 23 nəfər yaralanıb
Kolumbiyanın Vilyavisensio şəhərində qubernatorluq binasının qarşısında bomba yüklü avtomobilin partlaması nəticəsində azı 23 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, İspaniyanın EFE xəbər agentliyi bu barədə məlumat yayıb.
Hadisə noyabrın 23-də axşam saatlarında Meta departamentinin qubernatorluq binasının yaxınlığında baş verib.
Güclü partlayış nəticəsində ətrafdakı binalara ciddi ziyan dəyib. Yaralananlar arasında azyaşlı da var.
İlkin araşdırmalara əsasən, hücumun arxasında Kolumbiyanın keçmiş FARC silahlı təşkilatından ayrılmış qruplaşmaların dayana biləcəyi ehtimal edilir.
Hadisənin təşkilatçılarını müəyyənləşdirmək üçün araşdırmalar aparılır.
17:32 24.11.2026
Oxunuş sayı: 33