Kuşner Trampdan Zelenskiyə təzyiqləri dayandırmağı xahiş edib
ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner dövlət başçısını Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt münasibətini dəyişməyə inandırmağa çalışdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “New York Magazine” nəşri bu barədə məlumat yayıb.
Kuşnerin sözlərinə görə, o, Ukraynadakı müharibənin dayandırılması üçün aparılan danışıqlarda Kiyevin maraqlarını da nəzərə almağa çalışır və Trampı Zelenskiyə təzyiq göstərməkdən çəkindirmək istəyir.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Zelenskinin üzləşdiyi çətinlikləri anladığını bildirsə də, Ukrayna tərəfinin danışıqları ictimai müstəvidə aparmasını səmərəsiz hesab edir.
Kuşnerin fikrincə, danışıqların təfərrüatlarının açıq şəkildə müzakirə olunması sülh prosesinə mənfi təsir göstərə bilər.
O, həmçinin Ukraynada müharibənin dayandırılması istiqamətində aparılan danışıqların əsas strateji məqsədinə toxunub.
Kuşner bildirib ki, sülh təşəbbüsünün ən böyük nəticəsi yalnız atəşkəsin əldə edilməsi deyil, Rusiya ilə Avropa arasında münasibətlərin yenidən qurulması ola bilər.
Onun sözlərinə görə, əsas hədəf Rusiya və Avropa arasında davamlı qarşıdurmanın olmadığı yeni münasibətlər sisteminin formalaşdırılmasıdır.
15:31 24.11.2026
Oxunuş sayı: 33