Rusiyanın hücumları Kiyevdə restoranların bağlanmasına səbəb olur
Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın davam edən hücumları, müntəzəm hava həyəcanı siqnalları və artan xərclər səbəbindən bir sıra restoranlar fəaliyyətini dayandırır.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik riskləri və iqtisadi çətinliklər restoranlara gələn müştərilərin sayının azalmasına səbəb olur. Nəticədə paytaxtın ictimai iaşə sektorunda fəaliyyətin davam etdirilməsi çətinləşir.
Məlumata görə, “Gastro Family” restoranlar şəbəkəsi Kiyevdə iki restoranını bağlayıb, daha ikisinin fəaliyyətini isə aprel ayına qədər dayandırıb.
“Chornomorka” restoranlar şəbəkəsində müştəri axını təxminən 20 faiz azalıb. Şirkət Kiyevdəki iki restoranını Ukraynanın qərb bölgələrinə köçürməyi planlaşdırır.
“Pesto Cafe” isə Kiyev və ətraf bölgələrdə fəaliyyət göstərən 20 restoranından yeddisini müvəqqəti bağlayıb.
Restoran sektorundakı vəziyyətə müharibə şəraitində təhlükəsizlik problemləri ilə yanaşı, əməliyyat xərclərinin yüksəlməsi də mənfi təsir göstərir.
15:12 24.11.2026
Oxunuş sayı: 36