Sabah Bakı metrosu saat 01:00-a qədər işləyəcək
Noyabrın 25-də UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Sabah”–“Barselona” matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) iş vaxtı bir saat uzadılacaq.
Crossmedia.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC bu barədə məlumat yayıb.
Bildirilib ki, “Sabah” Futbol Klubunun müraciəti və Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya gözlənilən azarkeş marağı nəzərə alınaraq xüsusi iş rejimi tətbiq ediləcək.
Belə ki, noyabrın 25-dən 26-na keçən gecə Qırmızı xəttin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Azarkeşlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə stansiyalara əlavə işçilər cəlb ediləcək, nəzarət tədbirləri gücləndiriləcək.
Oyundan sonra qatarların hərəkət qrafiki “Koroğlu” stansiyasındakı sərnişin axınına və mövcud tələbata uyğun tənzimlənəcək.
Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə isə iş rejimi dəyişməyəcək.
Gün ərzində qatarların hərəkəti mövcud payız-qış cədvəlinə uyğun təşkil olunacaq.
Qeyd edək ki, “Sabah”–“Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
14:09 24.11.2026
Oxunuş sayı: 200